Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin başçısı Amiran Qamkrelidze hesab edir ki, pandemiya zamanı hərəkətə tətqib edilən məhdudiyyətlər digər məhdudlaşdırıcı tədbirlərin arasında ən effektivlərdən biridir.

Onun sözlərinə görə, hərəkət məhdudiyyətlərinə müəyyən dəyişikliklərin edilməsi ölkədəki epidemiloji vəziyyətdən asılıdır. Lakin, Qamkrelidze istisna etmir ki, hərəkət məhdudiyyətləri ilə bağlı dəyişikliklər yaxın zamanda gözdən keçirilə bilər.

O, “komendant saatının” Gürcüstanın ixtirası olmadığı deyərək bildirib ki, “bu tədbir ən effektiv məhdudlaşdırıcı tədbirlərdən biridir”.

“Ona görə də avtobus və ya metroda çox insan olanda, onlar maskadan istifadəni maksimum etməlidirlər. Komendant saatının yumşaldılması ilə bağlı biz dedik ki, epidemioloji vəziyyətin monitorinqi aparılır. Hazırda o, həyəcanverici deyil, lakin o, son həftə ərzində pisləşsə də, bu, təşvişə səbəb olmur”.

Qamkrelidzenin sözlərinə görə, mart və aprel ayları bu cür epidemioloji vəziyyətlə keçsə, “maya olduqca yaxşı ümidlə daxil olacağımıza əmin ola bilərsiniz”.

“Martın sonu və ya aprelin əvvlində “komendant saatı” ilə bağlı bəzi dəyişikliklər yenidən gözdən keçirilə bilər, lakin indiki mərhələdəki əsas çağırış budur – barəsində danışılan məsləhətlərə riayət etmək”, – deyə o əlavə edib.