
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, ABŞ və onun müttəfiqlərinin sərt məhdudlaşdırıcı tədbirləri Suriyada yeni miqrasiya böhranına səbəb ola bilər və həmin böhran da ölkədə ağır iqtisadi vəziyyət və humanitar faciəyə gətirib çıxara bilər.
Bu barədə Rusiya və Suriyanın qurumlararası koordinasiya qərargahlarından məlumat verilib.
“ABŞ və onun əlaltılarının Suriya dövlətinə vurdğu ziyan yeni miqrasiya böhranına səbəb ola biləcək humanitar faciəyə aparır”, – deyə Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilən şərhdə qeyd edilib.
Suriyaya qarşı “boğucu” iqtisadi tədbirlərin tətbiqi vətəndaşların öz yaşayış yerlərinə geri qayıtmasını, həmçinin ölkədəki həyati əhəmiyyətli infrastrukturun bərpasını ləngidir.
Rusiya və Suriya qərargahları Qərb ölkələrini Suriyadakı vəziyyəti siyasiləşdirməyə son qoymağa, birtərəfli sanksiyalardan və bu ölkənin qeyri-qanuni hərbi işğalından imtina etməyə və səyləri Suriya xalqına real yardımın göstərilməsi üzərində cəmləməyə səsləyib.






























