
Az.shafaqna.com xəbər verir ki, İraqın Nəcəf şəhərində yerləşən İmam Əli (ə) ziyarətgahında İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mübarək mövludu münasibətilə bayraqlar, tablolar asılıb.
Qeyd edək ki, bu gün Qəməri təqvimi ilə Şaban ayının 11-i müsəlmanların üçüncü imamı – İmam Hüseynin (ə) böyük oğlu Həzrət Əli Əkbərin (ə) mübarək mövlud günüdür.






























