Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İraq ordusu ölkənin ikinci ən böyük şəhəri Mosulun yaxınlığında yerləşən dağlıq Mahmur rayonunda 27 İŞİD terrorçusunu məhv edib.

Artıq 2 həftədir davam edən əməliyyatlarda hərbi hava qüvvələri də iştirak edir.

İraq Silahlı Qüvvələrinin (SQ) mətbuat katibi Yəhya Rəsul bildirib ki, öldürülən terrorçuların sayı hələ son deyil, çünki hava zərbələrindən sonra dağıntıların altından bütün terrorçuların meyitləri çıxarılmayıb.