Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, BMT İnsan Haqları Şurasının qəbul etdiyi qətnamənin böyük əhəmiyyəti var, çünki Gürcüstanın işğal edilmiş ərazilərinə nəzarəti Rusiyanın həyata keçirdiyi ilk dəfə qeyd edilib.

Bu barədə Gürcüstanın Cenevrədə BMT və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Aleksandr Maysuradze bildirib.

Onun sözlərinə görə, hazırda beynəlxalq ictimaiyyətin gündəliyində aktual olan bütün aspektlər qətnamənin mətnində maksimal şəkildə əks olunub.