Gürcüstanda peyvəndlənmə ilə bağlı yaş həddi ləğv oluna bilər

Az.shafaqna.com “Sputnik Gürcüstan”-a istinadən xəbər verir ki, bunu Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib.

“Məndə olan məlumata görə, peyvəndlənmə ilə bağlı sərhəd azalacaq, əgər bu cür passivlik müşaiyət olunarsa hətta ümumiyyətlə vaksinasiya hər kəs üçün olacaq.”, -deyə Tsertsvadze brifinqdə deyib.

Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze qeyd edib ki, kütləvi vaksinasiyadan sonra epidemiloji vəziyyət sabitləşəcək və bütün məhdudiyyətlər, o cümlədən “komendant saatı” da ləğv olunacaq.

 

Bu məqaləni paylaş