
2020-ci il ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2118 olub.
Fövqəladə Hallar Nazirliyindən Az.shafaqna.com-a verilən məlumata görə, yanğın hadisələri zamanı 49 nəfər həlak olub, 119 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 4 nəfər və ya 26%, xəsarət alanlar üzrə 113 nəfər və ya 49% azdır.






























