
Az.shafaqna.com “ParsToday”-a istinadən xəbər verir ki, Yəmənin Baş naziri Əbdül Əziz Saleh bin Həbtur Yəmən xalqına qarşı aparılan müharibənin dayandırılmasının vacibliyini vurğulayıb.
“Yəmən xalqı müharibəyə görə çoxlu əziyyətlər çəkir”, – deyə bildirib və qeyd edib ki, bu səbəbdən də “Yəmənə qarşı müharibə və təcavüz tez bir zamanda dayandırılmalıdır”.
O, Yəmənə qarşı müharibə aparan bəzi qonşu ölkələri tənqid edərək deyib ki, “sülh Yəmən xalqı üçün həyati əhəmiyyət kəbs edir”.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ildə Yəmənə qarşı işğalçı müharibə yürüdür. Koalisiyanın ölkəni mühasirədə saxlaması, həyati mühüm obyektləri – xəstəxanaları, məktəbləri, bazarları, su və qida anbalarını məhv etməsi ölkəni aclıq fəlakəti ilə üz-üzə qoyub, ölkə əhalisinin 65%-i aclıqdan əziyyət çəkir.






























