Gürcüstanda doğulub böyüyən Jozef Kaşanyan sosial şəbəkədə paylaşdığı videoda azərbaycanlıları təhqir edib.

Az.shafaqna.com xəbər verir ki, Baku TV erməni tibb işçisinin çalışdığı Qafqaz Tibb Mərkəzinə yollanaraq onun bu addımını yerindəcə araşdırıb.

Tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze Jozef Kaşanyan tərəfindən edilən hörmətsizliyin qəbuledilməz olduğunu bildirib.

Natia Nutsibidze eyni zamanda nizam-intizam komitəsində Jozef Kaşanyan barəsində qərarın verilməsi ilə bağlı müzakirələrin davam etdiyini də qeyd edib.

Daha sonra tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze yazılı formada bildirib ki, rəhbərlik tərəfindən ciddi töhmət alan Jozef Kaşanyan işdən azad olunub.