
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və işğalçı Ermənistan rejiminin müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.
Tərəflər hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Bundan başqa, Şoyqu və Arutyunya Ermənistandakı vəziyyət və qarşılıqlı marağa dair digər mövzuları da müzakirə ediblər.
Həmçinin Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı zonasındakı vəziyyət barədə də danışılıb.
Xatırladaq ki, 27 sentyabrda erməni işğalçı və separatçı qüvvələrinin növbəti təxribatından sonra Azərbaycan ordusu genişmiqyaslı əməliyyat başladaraq öz torpaqlarını düşmənin işğalından azad edib.






























