
Az.shafaqna.com “Imedi”-yə istinadən xəbər verir ki, Gürcüstan rəhbərliyi epidemioloji vəziyyətin pisləşməsi riski ilə bağlı məhdudiyyətlər məsələsini gözdən keçirir – ölkədə “qırmızı zona” ola biləcək bir neçə region var.
Bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze danışıb.
Onun sözlərinə görə, hazırkı mərhələdə həmin 3 region Tbilisi, İmereti və Quriyadır. Nazir qeyd edib ki, məhz orada mobillik var.
“Bizdə bu mərhələdə müsbətlik əmsalı 2,2-dir. İnfeksiyanın yayılma əmsalı 1%-dən çoxdur ki, bu, diqqət tələb edir. Ona görə də mən məhdudiyyətləri istisna etmirəm”, – deyə Tikardze bildirib.






























