Səudiyyəli kişilərə 4 ölkədən olan qadınlarla evlənmək qadağan edildi

Az.shafaqna.com “GulfNews”-ə istinadən xəbər verir ki, Səudiyyə ərəbistanılı kişilərə həyat yoldaşı seçimində məhdudiyyət tətbiq edilib.

Belə ki, krallıqda 4 ölkədən olan qadınlarla ailə həyatı qurmaq qadağan edilib – Pakistan, Banqladeş, Çad və Myanma.

Adıçəkilən ölkədən olan və Səudiyyədə yaşayan qadınların sayı təxminən yarım milyon nəfərdir və ölkə rəhbərliyi bu yolla ailə həyatı qurmaqda çətinlik çəkən yerli qadın sakinlərin vəziyyətinə təsir etmək qərarına gəlib.

Qeyd edək ki, krallıq əcnəbi qadınlarla evliliklərlə mübarizə üçün hər cür tədbilərə əl atır – yerli olmayan qadınlarla ailə həyatı qurmaq istəyən kişilər çoxsaylı bürokratik maneələri aşmalıdırlar.

Boşanmış kişilər boşanmadan sonrakı 6 ay ərzində bu cür nikah üçün sənəd verə bilməz. 25 yaşdan gənc krallıq sakininə xarici qadınla evlənmək olmaz. Əgər yerli vətəndaş artıq evlidirsə və ikinci xanımla da ailə həyatı qurmaq istəyirsə, xəstəxanadan sağlamlıqla bağlı müxtəlif sənədlər təqdim etməlidir.

Bu məqaləni paylaş