
Az.shafaqna.com SANA-ya istinadən xəbər verir ki, ABŞ hərbçiləri bir sutka ərzində içərisi neftlə dolu olan 300 sisterni Suriyadan çıxarıblar.
Deyr-əz-Zor əyalətindəki neft və qaz yataqları olan ərazidən hərəkətə başlayan maşın karvanı İraq sərhədi istiqamətində hərəkət edib.
“ABŞ-ın işğalçı qüvvələri bu gün (23 martda) Suriya yataqlarından oğurlanmış 300 sistern nefti İraq ərazisinə çıxarıblar”, – deyə bildirilib.
Qeyd edilir ki, qarət edilmiş neft qeyri-rəsmi sərhəd-keçid məntəqəsindən çıxarılıb.
Əlavə edilib ki, ABŞ hərbçiləri son aylar ərzində əl-Həsəkə əyalətindən də onlarla bu cür karvanlarla neft qaçırıblar.





























