Nigeriya iki COVİD-19 əleyhinə peyvənd hazırlayıb

Nigeriya Hökumət katibi və “Covid-19” əleyhinə mübarizə qurumunun Başçısı Boss Mustafa bu barədə məlumat verib. Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, B. Mustafa ölkə alimlərinin “Kovid-19” əlehinə hazırladıqları iki növ yerli peyvəndlərin klinik sınaqlarının davam etdiyini, peyvəndlərin istifadəsinə sınaqlar tamamlandıqdan və sertifikatlaşdırıldıqdan sonra başlanacağını, bunun ölkədəki tibb sənayesinin imicinin güclənməsinə töhfə verəcəyini qeyd edib.

Xatırladaq ki Nigeriya Beynəlxalq “Covid-19” Peyvəndlərini Qəbuletmə Qlobal Proqramı (COVAX) təşəbbüsü çərçivəsində 4 milyon 224 min doza “AstraZeneca” peyvəndi təmin edib.

Bu məqaləni paylaş