Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Şurasının Anti-korrupsiya Agentliyinin əməkdaşları Tbilisi meriyasının bələdiyyə inspeksiyasının əməkdaşını rüşvətxorluğa görə tutublar.

Bildirilir ki, İsani-Samqori rayonu inspeksiyasının baş mütəxəssisisi Afrika rayonunda qeyri-qanuni tikiliyə göz yummaq və oranın sahibini cərimənin ödənməsindən azad etmək üçün 2,5 min lari məbləğində rüşvət istəyib.

Məmur rüşvət alarkən saxlanılıb.

İstintaq davam etdirilir.