Az.shafaqna.com “Daily Herald”-a istinadən xəbər verir ki, müsəlman taksi sürücüsünü təhqir edən şəxs məhkəmə qarşısına çıxarılıb.

Bluminqdeyl (ABŞ) sakini Stiven Makkuiston taksi sürücüsünü söyüşlə təhqir etdiyini və terrorçu adlandırdığını etiraf edib.

53 yaşlı müsəlmanın dediklərinə əsasən, təxminən gecə saat 2-də o, Stiven və onun arvadını bardan evə aparırdı. Stiven taksidə olarkən sürücünü təhqir etməyə başlayıb.

Sürücünün sözlərinə görə, sərnişin onu dininə görə təhqir edib və onu boynunu qıracağı ilə təhdid edib, həmçinin onun çiyninə zərbə endirib. Bundan sonra sürücü xilasetmə xidmətini çağırıb.