Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu gündən Gürcüstanda taksidə (M1 kateqoriyası), sürücü də daxil olmaqla, 3 nəfərdən çox insanın hərəkətinə dair məhdudiyyət ləğv edilir.
Gürcüstan hökumətinin “Təcrid və Karantin Qaydalarının Təsdiqinə Dair” 2020-ci il 23 may tarixli qərarına müvafiq dəyişiklik 23 martda edilib.
Həm sürücülər, həm də sərnişinlər hərəkət zamanı maskada olmalıdırlar.
Mütləq maska rejimindən başqa, ölkədə 21:00-dan 05:00-dək olan hərəkət qadağası da qüvvədə qalır. Qaydanı pozanlar üçün 2 min lari məbləğində cərimə nəzərdə tutulub.
Qeyd edək ki, M1 kateqoriyasına 8 nəfərdən çox olmayan daşınmaları həyata keçirən və kütləsi 3,5 tondan çox olmayan minik avtomobilləri aiddir.
Bu məqaləni paylaş