Gürcüstanda bu günə olan COVİD 19 statistikası

65
0

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 450 yoluxma halı qeydə alınıb, sağalanların sayı –  254, ölənlərin sayı 8 nəfər olub.

Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.

Ümumilikdə ölkədə  278628 nəfər koronavirusa yoluxub, 270922 nəfər sağalıb, 3722 nəfər isə vəfat edib.

Hazırda 265 karantin rejimində, 1463 nəfər xəstəxanada, 180 nəfər isə COVİD 19 otelindədir.