
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Emmanuel Makron “France 5” telekanalına müsahibəsində bu barədə danışıb və Avrozona ölkələri Türkiyə mövzusunda xəbərdarlıq edib.
Makron bildirib ki, Türkiyə miqrantlarla bağlı poblemə biganə qalmır.
“Türkiyəni immiqrasiya probleminin həllinə biganə qalmayan əhəmiyyətli müttəfiq qəbul edir və Avrozona ölkələri rəsmi Ankara ilə əməkdaşlıq etməyə çağırırıq”, -deyə o qeyd edib.
NATO üzvü və əhəmiyyətli bir ticarət ortağı olan Türkiyə ilə dialoqun vacibliyinə işarə edən Makron “Türkiyə qapılarını açarsa bir gecədə 3 milyon miqrant Avropaya axışacaq”, -deyə bildirib.






























