
Rusiya Prezidenti Vladimir Putin COVİD 19-a qarşı vaksinasiyadan keçib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Putinin vaksinasiyası ilə bağlı foto və video yayımlanmayacaq.
Peskovun sözlərinə görə, Rusiya Prezidenti 24 martda işə çıxacaq.
Ria Agentliyi bildirir ki, Prezident Administrasiyasından Putinə hansı növ peyvənddən vurulması ilə bağlı məlumat verilməyib, lakin bu Rusiya istehsalı olan 3 vaksindən biridir.






























