
Az.shafaqna.com “Moskva” agentliyinə istinadən xəbər verir ki, Moskva şəhəri Səhiyyə Departamentinin Baş ştatdankənar diyetoloqu Antonina Starodubova arıqlama zamanı saqqızın faydasından danışıb.
“Saqqızın bədən çəkisinin azalmasına effektini misallarla aydınlaşdıran məlumatlar var. Saqqızın heç bir səy göstərmədən arıqlamağınıza imkan verəcəyini düşünmək lazım deyil”, – deyə o bildirib.
Diyetoloq qeyd edib ki, müntəzəm çeynəmə zamanı bəzi insanlarda iştahın, həmçinin atışdırma tezliklərinin azalması da müşahidə edilir.
Bundan başqa, çeynəmə zamanı təkrarlanan hərəkətlər emosional vəziyyətin sabitləşməsinə səbəb olur və stressi azaltmağa kömək edir.
Unutmamaq da lazımdır ki, tez-tez və uzun müddətli çeynəmə, xüsusilə də şəkərli saqqızı çeynəmə plombların, koronkaların, vinirlərin və implantların aşınmasını gücləndirir, kariyesin inkişafına səbəb olur, həmçinin artikulyasiyanın pozulmasına gətirib çıxarır.
Onun sözlərinə görə, saqqızın ziyanını minimuma endirmək üçün onun tərkibində şəkər olmamalıdır, onu dayanmadan 10-20 dəqiqədən və gün ərzində 30 dəqiqədən çox olmadan çeynəmək lazımdır.





























