
Türkiyənin icra etdiyi “Sıfır tullantı” layihəsi Birləşmiş Millətlər Təşkilatından mükafat alıb.
Az.shafaqna.com xəbər verir ki, Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum “twitter”dən etdiyi paylaşmada sözügedən mövzu ilə bağlı belə yazıb:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı hörmətli Əminə Ərdoğan xanım-əfəndinin himayəsi ilə həyata keçirdiyimiz və cəmiyyətimizin bütün üzvləri tərəfindən mənimsənilən “Sıfır tullantı” layihəmiz beynəlxalq arenada təqdir olunaraq BMT İnkişaf Proqramının “Davamlı inkişaf məqsədləri fəaliyyət mükafatı”na layiq görüldü. Gələcək nəsillərə yaşana biləcək bir dünya bağışlamaq üçün “Sıfır tullantı” layihəmizin müvəffəqiyyətə həyata keçməsində qiymətli töhfələrinə görə başda hörmətli Əminə Ərdoğan xanım-əfəndi olmaqla təmiz ətraf mühit üçün əl-ələ verən xalqımıza təşəkkürlərimi bildirirəm.”
Gelecek nesillere yaşanabilir bir dünya bırakmayı amaçlayan Sıfır Atık Projemizin başarıya ulaşmasında kıymetli katkılarından ötürü başta Sayın Emine Erdoğan Hanımefendi olmak üzere temiz bir çevre için el ele verdiğimiz milletimize şükranlarımı sunuyorum. @sifiratikgov ♻️
— Murat KURUM (@murat_kurum) March 23, 2021






























