Rusiyada aerodromda qəza: 3 hərbçi öldü

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiyanın Tu-22M3 uzun mənzilli bombardmançı-raket daşıyan təyyarəsində qəza baş verib.

Belə ki, katapult kresloların ştatdankənar işə düşməsi nəticəsində sözügedən hərbi təyyarənin 3 ekipaj üzvü həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, hadisə təyyarə yerdə olarkən baş verib və paraşütlərin açılması üçün lazım olan hündürlük olmadığı üçün 3 ekipaj üzvü aldığı travmalardan dünyasını dəyişib.

Təyyarəsnin texniki baxışdan keçirilməsi və hadisə səbəblərinin müəyyən edilməsi üçün aerdroma Rusiya Hərbi Kosmik Qüvvələrinin komissiyası göndərilib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş