Az.shafaqna.com “Dailymail”-a istinadən xəbər verir ki, ABŞ-da yerləşən Priston Plazma Fizika Laboratoriyasının (PPPL) əməkdaşı olan alim Fatimə İbrahimi yeni termonüvə raketi icad edib.

Sözügedən mühhərik vasitəsi ilə Yerdən Marsadək olan 55 milyon km-lıq məsafəni 2 sutkadan da az vaxta qət etmək mümkün olacaq.

Fatimə İbrahiminin icadı ilə kosmik gəmi saniyədə 500 km – saatda isə 1,8 milyon km sürət yığa biləcək.

Onun ixtirasının sayəsində Marsa qat-qat tez çatmaq mümkün olacaq.

Fatimə İbrahiminin sözlərinə görə, icadla bağlı ideya onun ağlına hələ 2017-ci ildə gəlib.

Qeyd edək ki, Fatimə İbrahimi əslən İrandandır.