
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin başçısı Amiran Qamkrelidze ölkədəki epidemioloji vəziyyət barədə danışıb.
“Son günlər epidemioloji vəziyyətin pisləşməsi tendensiyası müşahidə olunub”, – deyə o bildirib.
Lakin, onun sözlərinə görə, bu gün ölüm hallarının dinamikası müsbətdir.
Bununla belə, o qeyd edib ki, məsləhətlərə riayətə nəzarəti sərtləşdirmək lazımdır.
“Koordinasiya Şurasında böyük müzakirə oldu. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz məsləhətlərə riaəyətə ciddi nəzarətin zəruriliyini vurğulayıb. Əgər biz mart və aprel aylarında təxmini bu cür epidemioloji vəziyyətdən keçsək, çox güman ki, 3-cü dalğadan qaça biləcəyik. Lakin bizdə halların artımı tendensiyası olsa, yəni vəziyyət pisləşərsə, sərtləşməyə dair tədbirlər görməli olacağıq. Əlbəttə, ilk növbədə, icraya nəzarəti günləndirmək lazımdır, daha sonra isə digər məsələlər barədə düşünmək lazımdır”, – deyə o əlavə edib.






























