Az.shafaqna.com DHA-ya istinadən xəbər verir ki, bu gün Türkiyənin İstanbul şəhərində HDP-yə (Xalqların Demokratik Partiyası) qarşı anti-terror əməliyyat həyata keçirilib.

Baş Prokurorluğun göstərişilə 10 nəfər saxlanılıb.

Onlardan 1 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib.

Saxlanılanlar arasında HDP-nin Beşiktaş rayonu  həmsədri və Kağıthane rayonu həmsədri də olub.