
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya güc stukturu əməkdaşları Moskva, Novosibirsk və Krasnoyarskda “Özbəkistan İslami Hərəkat”-ının 22 üzvünü tutub.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, saxlanılanlar arasında terror təşkilatının həm rəhbər üzvləri, həm də sıravi üzvləri var.
Qeyd edilir ki, xüsusi əməliyyat DİN və Rusiya Qvardiyasının iştirakı ilə keçirilib.
Tutulanların terror xarakterli cinayətlərə dair çağırışlar etdiyi, üzv topladığı və cəlb edilmiş şəxsləri döyüş meydanına göndərdiyi, həmçinin Suriyadakı terrorçuları maliyyələşdirdiyi məlum olub.






























