Az.shafaqna.com “Islam.ru”-ya istinadən xəbər verir ki, Fransa hakimiyyəti 2021-ci ilin iyul ayından quşların müsəlmanların istifadə etdiyi üsulla kəsilməsini qadağan edəcək.

Fransa Səhiyyə Nazirliyinin sənədində bildirilib ki, quş elektrik cərəyanı vasitəsi ilə öldürülməlidir.

Ölkədəki 3 Böyük məscidin başçıları birgə bəyanatla çıxış edərək bildiriblər ki, hökumətin qərarını rədd edirlər, çünki o, halal kəsim qaydalarına uyğun deyil.