
Az.shafaqna.com “ArabNews”-ə istinadən xəbər verir ki, Böyük Britaniyada gənc müsəlman öz ailə üzvlərini silahlı canidən xilas edərkən həyatını itirib.
Hüquq fakültəsinin 1-ci kurs tələbəsi olan 18 yaşlı Hüseyn Çaudri öz evi yaxınlığında baş verən insident zamanı boğazından aldığı bıçaq yarası nəticəsinə dünyasını dəyişib. Onun anası və qardaşı da bıçaq yaraları alsalar da, xoşbəxtlikdən onlar sağ qalıblar.
Şahidlərin sözlərinə görə, Hüseyn anası və qardaşını hücum edənlərdən qoruyarkən canilərdən biri onu boğazından bıçaqlayıb. Cinayətkarlar hadisə yerindən qaçıblar, gənc müsəlman isə anasının əllərindəcə can verib.
“O, ailəsini qoruyarkən həyatını itirib… Biz hamımız Allaha məxsusuq və qayıdışımız da Onadır”, – deyə Hüseynin bacısı bildirib.
Londonun müsəlman təşkilatları qəhrəmancasına canından keçən Hüseynin xatirəsini əbədiləşdirmək üçün ianə toplayaraq onun tarixi vətəni olan Pakistanda içməli su quyusu qazdırmaq qərarına gəliblər. Beləliklə də, Hüseynin adından daim ona ilahi xeyir verəcək sədəqə veriləcək.






























