
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Kaxaber Sabanadze Gürcüstan daxili işlər nazirinin müavini vəzifəsini tərk edib.
O, bu barədə “Facebook”-da bəyan edib.
“Mən KİV-lərdəki son süjetlərə öz fikrimi bildirmək və qeyd etmək istəyərdim ki, mən uzun illər dövlətə qulluq etmişəm və qanunu qorumuşam. Qanuna ciddi riayət mənim prioritetim olub, prioritetimdir və prioritetim olacaq”, – deyə o bildirib.
Sabanadze hesab edir ki, qeydedilən faktları araşdırmaq lazımdır, buna görə də həqiqəti müəyyən edəcək əsaslı və obyektiv araşdırma aparmaq lazımdır.
“Yuxarıda deyilənləri nəzərə alaraq, araşdırma prosesinə etimadın təmin edilməsi məqsədi ilə mən vəzifəni tərk edirəm! Düşünürəm ki, bu, bütün vəzifəli şəxslər üçün nümunə olacaq ki, onlar ictimaiyyətdə obyektiv şəkildə əmələ gələn suallar halında yüksək məsuliyyət standartı ilə hərəkət etsinlər”, – deyə o qeyd edib.
“Uzun illər birlikdə işlədiyim bütün ləyaqətli polislərə təşəkkür etmək istəyirəm. Sistemdə ölkəmizin təhlükəsizliyi çiyinlərində olan qəhrəmanlar işləyirlər, mən onlara Vətənə xidmətdə uğurlar arzu etmək istəyirəm”, – deyə Sabanadze əlavə edib.
Qeyd edək ki, o, 2017-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı.






























