
Qәzzadakı Su İdarәsi İsrailin yürütduyü siyasәt sәbәbindәn bölgәdә uzun müddәtdir suyla bağlı problemlәrin yaşandığını bildirib.
Az.shafaqna.com Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, bu barәdә Qәzza Su İdarәsinin rәsmisi Mazin әl-Benna 22 mart Ümumdünya su günü münasibәtilә tәşkil edilәn mәtbuat konfransında açıqlayıb.
M.Benna Qәzza zolağındakı su quyularının 97 faizinin Ümumdünya Su Tәşkilatının içmәli su standartlarına uyğun olmadığını söylәyib.
Bu quyulardan әldә edilәn suyun bir litrindә min milliqram duz olduğunu dilә gәtirәn Benna bunun beynәlxalq standartlara görә çox yüksәk olduğunu önə çəkib..
Mazin әl-Benna Qәzzaya tәtbiq olunan siyasi vә iqtisadi mühasirәnin su obyektlәrinin inşa edilmәsi vә tamamlanması üçün maliyyә dәstәyinin tәmin edilmәsinin qarşısını aldığını bildirib.
Bölgәdә uzun müddәtdir suyla bağlı problemlәrin yaşandığını bildirәn M.Benna vurğulayıb ki, İsrailin attığı addımların mәqsәdi fәlәstinlilәrin öz torpaqlarını tәrk etmәlәridir.
Xatırladaq ki, tәxminәn 2 milyon fәlәstinlinin yaşadığı Qәzza zolağı 2006-ci ildәn etibarәn İsrailin mühasirәsi altındadır.






























