Yanvar ayında 197 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb.

Az.shafaqna.com xəbər verir ki, bu ilin yanvarında Azərbaycan Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 197 nəfər gələn, Azərbaycandan isə 22 nəfər gedən qeydə alınıb.

Bununla da ölkə üzrə miqrasiya saldosu müsbət 175 nəfər təşkil edib.

Bu məqaləni paylaş