Az.shafaqna.com “Lavenir”-ə istinadən xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə uşaqlara verilən ən məşhur adlar bəlli olub.

Əgər ölkə üzrə Adam, Luis və Qabriel kimi adlar məşhurdursa, paytaxtda vəziyyət tamamilə fərqlidir.

Brüsseldə oğlan uşaqlarına ən çox verilən 2 ad var – Adam və Məhəmməd. Hər iki ad, demək olar ki, eyni sayda uşaqa verilib.

2019-cu ildə Nur adı qız uşaqlarına ən çox qoyulan ad idi. Həmçinin Casmin, Amirə və İnayə adları da paytaxtın ən məşhur adlarıdır.

Məhəmməd, Amir və İmran adları isə ilk 10-luğa daxil olub.

Xatırladaq ki, Brüssel əhalisinin təxminən 25%-i müsəlmanlardır.