Türkiyədə ilk dəfə Sıfır Tullantı Layihəsinə veriləcək “Qlobal Hədəflər Mükafatı” 25 martda Ankarada təşkil ediləcək mərasimdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Türkiyə üzrə nümayəndəsi Claudio Tom tərəfindən Əminə xanım Ərdoğana təqdim ediləcək.

Az.shafaqna.com xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Qeyd eedilir ki, 2017-ci ildə Əminə xanım Ərdoğanın himayəsində həyata keçirilən Sıfır Tullantı Layihəsiylə dayanıqlı inkişaf qaydaları çərçivəsində tullantıları nəzarət altına almaq, gələcək nəsillərə təmiz Türkiyə və yaşana bilən dünya ərmağan etmək məqsəd götürülüb.