Putin nüvə çamadanını özülə daşıyır?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyir ki, bütün rabitə vasitələri, o cümlədən strateji rabitə vasitəsi Vladimir Putin ölkədə də, xaricdə də olsa, həmişə onun yanında olur.

Az.shafaqna.com Sputnik-ə istinadən bildirir ki, bu minvalla Kreml nümayəndəsi jurnalistlərin prezident Sibirdə istirahətdə olarkən nüvə çamadanını da özü ilə aparıb-aparmaması barədə sualına cavab verib.

Martın 20-si və 21-də Vladimir Putinlə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun tayqadakı istirahətindən görüntülər yayılıb. Onlar tayqada vezdexodla gəzib, nazirin ağac məmulatları emalatxanasına baş çəkiblər.

Putinlə Şoyqu 2019-cu ildə də Tuvaya istirahətə getmişdilər. Onda Peskov demişdi ki, Putin Rusiyada dincəlməyi sevir. Əlavə etmişdi ki, Rusiyanın tanınmayan məkanlarını öz nümunəsi ilə populyarlaşdırmaq prezidentin vəzifəsidir.

Bu məqaləni paylaş