Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Gürcüstanda akkreditasiya edilmiş diplomatik korpusun nümayəndələri ilə görüşüb.

Nazir bu gün Litva səfiri Andrüs Kalindr ilə tanışlıq xarakterli görüş keçirib.

Müdafiə Nazirliyinin məlumatına görə, Burçuladze Gürcüstanın ərazis bütövlüyünə qəti dəstəyinə görə Litvaya öz təşəkkürünü bildirib.

Görüş zamanı iki ölkə arasındakı müdafiə sahəsindəki əməkdaşlıq və digər məsələlərə də toxunulub.

Bundan başqa Gürcüstan və Litva arasındakı ikitərəfli hərbi əməkdaşlığa dair məsələlər də müzakirə edilib.

Görüş zamanı təhsil, strateji kommunikasiyalar və kibertəhlükəsizliyə də diqqət ayırılıb.

Görüşdə Litvanın hərbi attaşesi podpolkovnik Nerius Tamoşaytis də iştirak edib.