Az.shafaqna.com “Islam News”-ə istinadən xəbər xəbər verir ki, ötən gün Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtının rəsmi elan mərasimi baş tutub.

2020-ci ildə bu fəxri statusu Qazaxıstanın Çimkənd şəhəri daşıyırdı.

Bu il isə bu ada Tacikistanın paytaxtı Düşənbə şəhəri layiq görülüb.

Tədbir zamanı Düşənbə haqda qısa sənədli film də nümayiş etdirilib.

Adıçəkilən şəhər təkcə özünün tarixi və memari cəhətləri seçilmir. Bu gün şəhərdə 9 müzey, 7 teatr, bir neçə kinoteatr, 20-dən çox kitabxana fəaliyyət göstərir.

Tacikistan paytaxtında 60-dan çox park və bağça var.

Bu və gələn il Düşənbə həm də turizm paytaxtı seçilib. Bu titulu ona İqtisadi Əməkdaşlıq Təşkilatı verib.

Rusiyanın “Turstat” agentliyi isə onu MDB-in10 ən təhlükəsiz şəhərləri siyahısına daxil edib.

Əvvəlki məqaləAzərbaycanın bir sıra rayonlarında avtomobil qaçıranlar saxlanılıb
Növbəti məqalədəGürcüstanın müdafiə naziri Litva səfiri ilə görüşdü