
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariya istefasından sonra ilk dəfə öz planları barədə jurnalistlərə danışıb.
“Mən heç hara, üstəlik də siyasətdən getməyə hazırlaşmıram”, – deyə Qaxariya bildirib.
“Əvvəla, sizə demək istəyirəm ki, yaranan çoxlu dedi-qoduya baxmayaraq, mən heç hara getməyə hazırlaşmıram, üstəlik də siyasətdən. Həqiqət isə biz öz planımıza, öz nizamımıza riayət edirik. Bu, mənə yaxın zamanda sizə daha ətraflı danışmağa imkan verəcək. Bənim bu gün üçün deyəcəklərim bunlar idi”, – deyə o qeyd edib.
Sabiq hökumət başçısı avtomobilə əyləşərkən deyib ki, tezliklə bütün suallar cavablandırılacaq.






























