
Az.shafaqna.com BELTA-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, koronavirusla mübarizəyə dövlət büdcəsindən təxminən 208 milyond dollar xərclənilib.
“Belaruslar bilməlidirlər ki, məslən, koronavirusla mübarizə artıq dövlət büdcəsinə təxminən yarım milyard rubla (təxminən 208 milyon dollara) başa gəlib. Burada tibbə əlavə xərclər də, real iqtisadiyyat sektoruna dəstək üçün vəsaitələr də var. Lakin insan (həyatı) puldan hər zaman daha mühümdür”, – deyə o qeyd edib.
O deyib ki, Belarus səhiyyə sistemi koronavirusun yayılmasının öhdəsindən gəlib.
Həmçinin o, ölkə vətəndaşlarına bu il yalnız Belarusda istirahət etməyi mələhət görüb.






























