
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın Yava adasında Merapi vulkanı püskürüb.
Bu barədə İndoneziya Geoloji Fəlakətlərin Araşdırılması Mərkəzi məlumat verib.
Əmələ gələn tüstü və kül “sütununun” hündürlüyü 1300 metrə çatıb.
Ölkədə “narıncı” təhlükə səviyyəsi elan edilib və vulkana 5 km-dan yaxın məsafədə yaxınlaşmaq qadağan edilib.
Xatırladaq ki, 2968 metr hündürlüyündəki Merapi vulkanının 2010-cu ildəki püskürməsi zamanı 347 nəfər həyatını itirmişdi.
Qeyd edək ki, adıçəkilən vulkan ölkənin ən aktiv olan aktiv vulkanıdır.






























