
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin KİV-lərinə verdiyi müsahibədə milli və ya dollara alternativ olan valyutalarda hesablaşmaya keçid etmək yolu ilə sanksiya risklərinin azaldılmasının vacibliyi barədə bildirib.
“Biz mili valyutalarda və ya dollara alternativ olan dünya valyutalarında hesablaşmaya keçərək sanksiya risklərini azaltmalıyıq”, – deyə Lavrov qeyd edib.
O, həmçinin deyib ki, Qərbin nəzarətində olan beynəlxalq ödəmə sistemlərinin istifadəsindən də uzaqlaşmaq lazımdır.
Rusiyalı naziri sözlərinə görə, Qərb ölkələri “digər ölkələrin inkişafının qarşısının alınması hesabına öz üstünlüklərini saxlamaq” məqsədini güdürlər.






























