Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Tacikistan prezidenti Emoməli Rəhmona Novruz bayramı münasibəti ilə teleqram göndərib.

Zurabişvili bildirib ki, “Novruz – həm də daha yaxşı gələcəyə ümidin simvolu olan yeni gündür”.

Təbrikdən sonra o, Rəhmonu Gürcüstana rəsmi səfər etməyə dəvət edib.

“Fürsətdən istifadə edərək Sizi ilin ikinci yarısında Sizin üçün istəniləın rahat vaxtda Gürcüstana rəsmi səfər etməyə dəvət etmək istəyirəm”, – deyə Gürcüstan prezidenti qeyd edib.

Zurabişvili həmçinin deyib ki, Tacikistan prezidentinin səfəri iki ölkə arasındakı dostluq münasibətlərini möhkəmlədəcək və dərinləşdirəcək.

Əvvəlki məqaləBu gün İsmayıl Şıxlının doğulduğu gündür
Növbəti məqalədəLavrov: Dollardan imtina etmək lazımdır