Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Ukraynanın Poltava şəhərində qumbara ilə silahlanmış şəxs girov götürdüyü polisi Poltava əyalətinin Baş Milli Polis İdarəsinin cinayət-axtarış idarəsinin rəisi Vitali Şiyanla dəyişməyə razılıq verib.

Həmiş şəxs, tələbi əsasında ona verilmiş avtomobildə Şiyanla birlikdə şəhərin çıxışına yola düşüb.

23 iyul səhər 9:00-da Ostap Vişnya küçəsində inzibati məhəkəmə binasının yaxınlığında polislər maşın oğrusunu tutmaq istəyən zaman oğru RQD-5 qumbarasını çıxararaq partladacağı ilə hədələyib”, – deyə polis hadisələrin necə başlaması haqda qeyd edib.