
Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, “Asus” şirkəti “gamer” smartfonu hazırlayıb.
İddia edilir ki, “ROG Phone 3” modeli “Qualcomm” prosessoru və oyun aksessuarlarının dəstəklənməsi funksiyası ilə təmin edilib.
Smartfon “Snapdragon 865+” çipi və 16 GB-lıq operativ yaddaşla təchiz edilib və iddia edilir ki, bu göstəricilərlə dünyanın ən güclü smartfonlarından biridir.
Cihaz “UFS 3.1” standartlı 512 GB-dək daxili yaddaşla komplektasiya edilir.
Arxa paneli 3-lü kamera ilə təchiz edilib (64, 13 və 5 meqapiksel) və 8K-video çəkmək imkanına sahibdir.
Batareya həcmi isə 6000 mAh-dır.
Cihaz 2340×1080 piksel ekran icazəli 6,59 düymluq AMOLED-ekrana sahibdir.
Smartfonun qiyməti isə 800 avrodan başlayır (8 GB əməliyyat yaddaşlı və 256 GB daxili yaddaşlı versiya).































