Foto: AA

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezident Aparatı Mətbuat Xidməti (Cumhurbaşkanlığı İletişim Başkanlığı) Ərdoğanın 21 Mart Beynəlxalq Novruz Günü münasibətilə təbrikini paylaşıb.

Türkiyə prezidenti baharın müjdəçisi, sülh və qardaşlığın simvolu olan Novruz bayramı münasibətilə təbrikində bildirib: “Orta Asiyadan Anadolu və Balkanlara qədər geniş bir coğrafiyada minlərlə ildir coşquyla qeyd olunan Novruzun aşıladığı birlik və həmrəylik duyğusunun bütün dünyada əbədi kök salmasını arzulayıram.

Novruzun yaşıllaşdırdığı ümid və həyəcanla həm ölkəmiz, həm bölgəmiz, həm də bütün bəşəriyyət üçün daha firavan, daha ədalətli və daha etibarlı bir gələcəyi qadınıyla, kişisiylə, gənciylə, yaşlısıyla çiyin-çiyinə verərək ilmə-ilmə hörməyi davam etdirəcəyik.

Novruzun əziz millətimizə və bütün insanlara sağlıq, bərəkət və muştuluqlar gətirməsini diləyir, vətəndaşlarımızı ürəkdən və səmimi duyğularımla salamlayıram.”