
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Novruz bayramı münasibətilə ölkənin azərbaycanlı vətəndaşlarını facebook vasitəsilə təbrik edib.
Az.shafaqna.com xəbər verir ki, onun paylaşımında deyilir:
“Novruz bayramı münasibəti ilə mən azərbaycanlı vətəndaşlarımızı təbrik edirəm. Baharı tərənnüm edən bu gözəl bayram yeni ilin, yeni həyatın başlanması deməkdir. Mən hər birinizə sülh, xoşbəxtlik, inkişaf və səadət arzu edirəm.”






























