
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanda bəzi sistemdənkənar müxalifət təmsilçiləri var və onlar ölkədə zorakılıq və qırğın səviyyəsinin artmasında maraqlıdırlar.
“Bu gün Ermənistanda təcavüz səviyyəsini artıran aqressiv qüvvələr var, lakin bu mübarizə ərzində biz toqquşmalardan qurtula bildik”, – deyə o qeyd edib.
Rejim başçısının sözlərinə görə, bu, parlamentdənkənar müxalifət qüvvələri “qan istəyirlər və seçkiləri istəmirlər”.
Xatırladaq ki, Ermənistanda iyun ayında növbədənkənar parlament seçkiləri keçiriləcək.





























