Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinin Co Baydenin sərt fikirlərinə verdiyi cavabı yüksək qiymətləndirib.

Bu, qəbul edərək həzm ediləcək bəyanat deyil (Baydenin sözləri barədə – red.). Belə bir bəyanat dövlət rəhbərinə yaraşmır. O, (Putin – red.) çox ağıllıdır və möhtəşəm cavab verdi”, – deyə Ərdoğan bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden “Putini qatil hesab edirsiniz mi” sualına müsbət cavab verib və əlavə edib ki, “Putin ABŞ seçkilərinə müdaxiləyə görə cavab verəcək”.

Bundan sonra isə Rusiya prezidenti Vladimir Putin Baydenə can sağlığı arzu edib və açıq və ictimai diskussiyaya dəvət edib. Həmçinin Putin deyib:

Uşaqlıqda biz həyətdə bir-birimizlə mübahisə edəndə deyirdik: “Kim kimə nə deyərsə, elə onun özü odur”. Bu, təsadüfi deyil. Bu, sadəcə uşaq məsəli və zarafatı deyil. Bunda olduqca dərin psixoloji məna var. Biz həmişə qarşımızdakı insanlarda öz keyfiyyətlərimizi görürük və düşünürük ki, o da bizim kimidir”.