Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Acarıstanın 4 rayonunda – Xelvaçauri, Keda, Şuaxevi və Xuloda vaksinasiya prosesi dayandırılıb.
Bu barədə məlumatı Gürcüstanın Acarıstan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən təsdiq ediblər.
Nazirlikdən bu bölgələrdə vaksinasiyanın nə zaman bərpa ediləcəyi və dayandırılmanın səbəbi barədə məlumat verilməyib. Bildirilib ki, vəziyyətlə bağlı ümumi bəyanat Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən ediləcək.
Bu qərarın Axaltsixdən olan 27 yaşlı tibb bacısının ölümü ilə bacısı ilə bağlı olub-olmadığı hələ məlum deyil. “AstraZeneca” preparatı ilə vaksinasiyadan sonra onda anafilaktik şok baş verib. Tbilisiyə çatdırılan tibb bacısı növbəti gün vəfat edib.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin məlumatına görə, vaksinasiya edilmiş 3 365 nəfərdən yalnız 4 nəfərdə ciddi ağırlaşma olub, lakin heç bir anafilaktik şok qeydə alınmayıb.