Lot Polis Airlines

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, 20 martdan Gürcüstan və Polşa arasındakı müntəzəm uçuşlar bərpa ediləcək.

Bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyindən məlumat verilib.

Varşava-Tbilisi-Varşava marşrutu üzrə aviareysləri Polşanın “LOT Polis Airlines” aviaşirkəti həyata keçirəcək. Uçuş həftədə 4 dəfə olacaq – bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və bazar günləri.

Üstəlik, aviaşirkət 31 maydan qeyd edilən istiqamət üzrə uçuşların tezliyini artırmağı planlaşdırır – həftədə 5 dəfə.

Mülki Aviasiya Agentliyi artıq müntəzəm uçuşların icrasına icazə verib.